10 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı Avropada təbii qazı qiyməti üzrə proqnozunu dəyişib

Dünya Bankı (DB) 2023-2024-cü illər üçün Avropa və ABŞ-da təbii qazın orta satış qiyməti üzrə proqnozunu yeniləyib.

Bu barədə Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatında bildirilir.

Hesabata əsasən, 2023-cü ildə Avropada qazın qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi, 26.8 kubmetrə bərabərdir) 13 ABŞ dolları təşkil edəcək, bu da öncəki proqnoz göstəricisi ilə müqayisədə 6% azdır.

DB-nin proqnozuna əsasən, 2024-cü ildə qeyd olunan göstərici 12,5 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricisi ilə müqayisədə 4.5% azdır.

Hesabatda qeyd olunur ki, 2023-cü ildə ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2.7 dollar təşkil edəcək (proqnoz dəyişməyib), 2024-cü ildə isə bu göstərici 3.3 dollar səviyyəsində qərarlaşacaq (öncəki proqnozdan 0.4% azdır).

Bankın proqnozuna görə, 2025-ci ildə Avropada qazın qiyməti 1 mln. BTU üçün 13 dollar, ABŞ da isə 4 dollar olacaq.

Hesabatda həmçinin bildirilir ki, 2023-cü ildə Avropada qazın qiyməti 1 mln. BTU üçün illik müqayisədə 67.8%, 2024-cü ildə – 3.8% azalacaq, 2025-ci ildə isə 4% artacaq. ABŞ-da qazın qiyməti 2023-cü ildə 57.6% azalacaq, 2024-2025-ci illlərdə isə müvafiq olaraq 20.4% və 23.1% artacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər