19 C
Baku
Sunday, May 19, 2024

Dünya Bankı: Azərbaycan iqtisadiyyatı inkişaf edəcək

2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir.

Bu proqnoz Dünya Bankının bu gün dərc edilmiş “Global Economic Prospects”in (“Dünya iqtisadiyyatının perspektivləri” – red) yanvar hesabatında yer alıb.

Dünya Bankının ekspertləri növbəti ildə də Azərbaycanla bağlı nikbin proqnozlar irəli sürüblər. Bankın mütəxəssislərinin proqnozlarının yer aldığı sənədə əsasən, 2022-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul 4,5 faiz artacaq.

“Azərbaycanda iqtisadi fəallıq neftin qiymətlərinin sabitləşməsi nəticəsində artacaq. Azad edilmiş ərazilərin bərpasına sərmayələr və xərclər də öz töhfəsini verəcək”, – hesabatda vurğulanır.

Həmçinin qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında bağlanmış sülh razılaşması regionda geosiyasi gərginliyin azalmasına imkan yaradacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər