21 C
Baku
Friday, September 30, 2022

Dünya Bankı Azərbaycan üzrə xüsusi araşdırmalar hazırlayacaq

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayklın rəhbərlik etdiyi nümayəndə heyəti ilə videokonfrans formatda görüşü keçirilib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat verib ki, Dünya Bankı Azərbaycan üzrə xüsusi iqtisadi və maliyyə araşdırmaları hazırlayacaq

Bankla əməkdaşlığın inkişaf istiqamətləri və Azərbaycanda aparılan islahatlara dəstək barədə müzakirələrin aparıldığı görüşdə Dünya Bankının Azərbaycan üzrə hazırlayacağı xüsusi iqtisadi və maliyyə araşdırmalarının əhəmiyyəti qeyd edilib, araşdırmalar üzrə əsas aspektlər diqqətə çatdırılıb.

Bildirilib ki, Bankın hazırlayacağı Ölkə İqtisadi Memorandumu (Country Economic Memorandum-CEM), Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (Financial Sector Assessment Program – FSAP) və Sistematik Ölkə Diaqnostikası (Systematic Country Diagnostic – SCD) araşdırmaları prioritet inkişaf hədəflərinə nail olunmasına töhfə verəcək.

 

Son xəbərlər
Oxşar xəbərlər