27 C
Baku
Saturday, July 27, 2024

Dünya Bankı Azərbaycana 67 mln. dollar ayıracaq

Dünya Bankı (DB) Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayıracaq.

Kreditin ayrılması barədə rəsmi sənəd bu axşam təsdiqlənəcək.

Kredit əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və gəlir imkanlarının gücləndirilməsinə yönəlib.

DB-nin Bakı ofisinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayevin sözlərin görə, sözügedən vəsait məcburi köçkünlər üçün bir sıra imkanlara yol açacaq: “Kredit çərçivəsində xüsusilə gənc məcburi köçkünlərə müəyyən sahələr üzrə təlimlər keçiriləcək. Daha sonra isə onlara öz işlərini qurmaq üçün ilkin mərhələ üçün lazım olacaq kapital ayrılacaq”.

APA

Son xəbərlər
Digər xəbərlər