28 C
Baku
Saturday, July 27, 2024

Dünya Bankı Azərbaycana risk menecmenti sahəsində əməkdaşlıq ilə bağlı təkliflər verib

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Azərbaycanda vergi islahatları üzrə texniki yardım” mövzusunda icra olunan layihə çərçivəsində Bakıda səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə Bankın dövlət sektoru üzrə aparıcı mütəxəssisi və tapşırıq qrupunun rəhbəri Raul Feliks Xunkera Varela rəhbərlik edir.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Raul Feliks Xunkera Varela bildirib ki, budəfəki səfərdə əsas məqsəd İT sahəsində icra edilən layihə çərçivəsində işlərin təqdim olunması, risk menecmenti sahəsində əməkdaşlığın qurulması ilə bağlı təkliflərin verilməsi və texniki yardım layihəsinin ümumi iş planının müzakirəsindən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər