31 C
Baku
Monday, July 22, 2024

Dünya Bankı Azərbaycana yeni kreditin ayrılmasını gələn həftə təsdiqləyəcək

Dünya Bankının martın 26-na Vaşinqtonda planlaşdırdığı Direktorlar Şurasının iclası baş tutacaq.

Bu barədə  Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən bildirilib ki, hazırda yayılmaqda olan koronavirusa baxmayaraq, görüş baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl bankdan  bildirilib ki, Azərbaycanda “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinə əlavə kreditin ayrılması bu görüşdə təsdiqlənəcək. Xatırladaq ki, layihənin 50 mln. dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə, qalan 20 mln. dolları isə hökumət tərəfindən ayrılacaq.

©APA

Son xəbərlər
Digər xəbərlər