28 C
Baku
Saturday, July 27, 2024

Dünya Bankı: “Azərbaycanda ərzaq inflyasiyasının artım tempi səngiyib”

Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya təzyiqlərinin qarşısını almaq üçün likvidliyin absorbasiyası əməliyyatlarını daha da sürətləndirib.

Bu barədə Dünya Bankının (WB) Azərbaycan üzrə aylıq hesabatında bildirilib.

Məlumata görə, AMB bank sektorunda likvidliyin azaldılması məqsədilə not buraxılışını artırmağa davam edib və noyabrda not portfeli 30 % artaraq pul bazasının 8 %-nə çatıb.

“Oktyabrda illik inflyasiya 15.6 % səviyyəsində sabitləşib ki, bu da Mərkəzi Bankın (4+/-2 %) hədəfindən xeyli yüksəkdir. Aylıq istehlak qiymətləri indeksi oktyabrda 1.6 % artıb ki, bu da, sentyabrdakı artım tempindən 1.8 faiz bəndi azdır.

İnflyasiyanın səviyyəsi geniş əsaslı olub, ərzaq inflyasiyası isə 2.2 %-ə qədər azalıb. Qeyri-ərzaq və xidmət sahələrində də inflyasiya yavaşlayıb, müvafiq olaraq 1.3 % və 0.9 % artıb”, – Dünya Bankı qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər