7 C
Baku
Wednesday, November 30, 2022

Dünya Bankı Azərbaycanda əsas kapitala qoyuluşun artacağını proqnozlaşdırıb

Dünya Bankı (DB) 2025-ci ilə kimi Azərbaycanda əsas kapitala qoyuluşun artacağını proqnozlaşdırıb.

2022-ci ildə əsas kapitala investisiyaların 3% artacağı müəyyən edilib.

Dünya Bankı 2023 və 2024-cü illər üzrə isə əsas kapital qoyuluşunun müvafiq olaraq 3.2% və 3.3% artacağını proqnozlaşdırıb.

Bank 2025-ci ilə kimi özəl və dövlət sektoru üzrə xərcləmələr üzrə dinamikanın azalacağını proqnozlaşdırıb. Özəl sektor üzrə xərcləmələr 2022, 2023 və 2024-cü illərdə müvafiq olaraq 4.5%, 4% və 3.6% artacaq.

Dövlət xərcləmələrinin isə 2022-ci ildə 7.4%, 2023-cü ildə 4.2% və 2024-cü ildə 3.1% artacağı proqnozlaşdırılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X