26 C
Baku
Tuesday, May 28, 2024

Dünya Bankı Azərbaycanda qeyri-neft sektorunun artım proqnozunu yeniləyib

Dünya Bankı (DB) 2026-cı ilə kimi Azərbaycanda qeyri-neft sektorunun artım proqnozunu açıqlayıb.

Bankın hesabatında bildirilib ki, qeyri neft-qaz sektorunda artım iki illik sürətli artımdan sonra “COVID-19” pandemiyasından əvvəlki artım dinamikasına yaxınlaşıb və artımın 5.2 faizə qədər azalacağı gözlənilir.

Dünya Bankı qeyd edib ki, qeyri-neft sektorunda artım əsasən yenidənqurma işləri ilə bağlı xidmətlər və tikinti ilə bağlı olacaq. Bu da güclü dövlət sərmayəsinin xidmət və tikinti sektoruna yönəldilməsi ilə bağlıdır. “Ortamüddətli perspektivdə struktur islahatlarının aparılmaması şəraitində artımın orta hesabla 2.5 faiz olacağı gözlənilir”- deyə Dünya Bankı əlavə edib.

Bank həmçinin, kənd təsərrüfatı üzrə artımın real ÜDM-də payının 2023-cü il üzrə 3.2%, 2024 və 2025-ci illər üzrə 3.0% proqnozlaşdırdığını açıqlayıb. Qeyd edək ki, ötən il üzrə bu rəqəm 3.4% təşkil edib.

Azərbaycanda sənaye üzrə artım bu il 0.5%, 2024-cü ildə 1%, 2025-ci il üzrə 1.2% müəyyən edilib. Xidmət sektoru üzrə artım 2023-cü ildə 4.7%, 2024-cü ildə 4.5%, 2025-ci ildə isə 4.6% gözlənilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər