12 C
Baku
Sunday, October 27, 2024

Dünya Bankı Azərbaycanda ÜDM-in orta illik artım tempini 3,5% proqnozlaşdırır

Təbii qaz ixracının artımı sayəsində Azərbaycanda orta müddətdə orta illik iqtisadi artım 3,5% təşkil edəcək.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatıda deyilir.

Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 3,3% olacağını proqnozlaşdırır. Proqnoza görə, 2020-ci ildə ölkədə ÜDM 3,3%, 2021-ci ildə isə 3,7% artacaq. “Təbii qaz ixracının artımı sayəsində ölkədə orta müddətdə orta illik iqtisadi artım 3,5% təşkil edəcək. Daxili tələbatın dəstəyi, real əmək haqqı və iqtisadiyyata kredit qoyuluşlarının artımın davam etməsi hesabına qeyri-neft sektorunun istehsalı orta hesabla 3% artacaq. 2019-cu ildə minimum əmək haqqı və pensiyaların artması şəxsi istehlaka təkan verəcək. Davamlı iqtisadi artım, əlavə sosial ödənişlər və aşağı işsizlik səviyyəsi yoxsulluq səviyyəsinin azalmasına səbəb olacaq”,- hesabatda qeyd edilib.

Report

Son xəbərlər
Digər xəbərlər