18 C
Baku
Thursday, April 25, 2024

Dünya Bankı Azərbaycanda uzunmüddətli iqtisadi artım üçün şərtləri açıqlayıb

Dünya Bankı 2019-cu ildə Azərbaycanda iqtisadi artımın 2,8%, 2020-ci ildə 2,3%, 2021-ci ildə 2,1% səviyyəsində olacağını proqnozlaşdırır.

Report agentliyi xəbər verir ki, bu barədə bankın Avropa və Mərkəzi Asiyada iqtisadi vəziyyətə dair oktyabr ayı üzrə hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ÜDM-in uzunmüddətli artımı biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş daxili islahatların davam etdirilməsindən, eləcə də insan kapitalının keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsilə investisiya qoyuluşundan asılıdır.

2019-2021-ci illərdə Azərbaycanın illik ÜDM artımının orta hesabla 2,4% olacağı proqnozlaşdırılır. Qeyd olunur ki, fiskal stimullar 2019-cu ildə iqtisadi fəallığı artıracaq, eləcə də qeyri-enerji sektorlarında təxminən 2,8 faiz səviyyəsində artımın olmasına töhfə verəcək.

Daxili tələbin tədricən yaxşılaşması ilə inflyasiyanın 2019–2021-ci illərdə orta hesabla 3,1% təşkil etməklə aşağı səviyyədə qalacağı gözlənilir. 2021-ci ilədək cari əməliyyatlar hesabının profisiti ÜDM-in orta hesabla 6,5%-ni təşkil edəcək ki, bu da qeyri-enerji sektorunda cari hesab kəsirinin artmasına səbəb olacaq, çünki daxili tələbin artması idxalın artmasına səbəb olur. Vergi güzəştlərinə baxmayaraq, fiskal hesablar profisit olaraq qalacaq, ancaq büdcə profisitinin 2018-ci ildəki ÜDM-in 5,9%-dən 2021-ci ildə ÜDM-in 4,4%-dək azalacağı p

Dünya Bankı 2019-cu ildə Azərbaycanda iqtisadi artımın 2,8%, 2020-ci ildə 2,3%, 2021-ci ildə 2,1% səviyyəsində olacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə bankın Avropa və Mərkəzi Asiyada iqtisadi vəziyyətə dair oktyabr ayı üzrə hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ÜDM-in uzunmüddətli artımı biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş daxili islahatların davam etdirilməsindən, eləcə də insan kapitalının keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsilə investisiya qoyuluşundan asılıdır.

2019-2021-ci illərdə Azərbaycanın illik ÜDM artımının orta hesabla 2,4% olacağı proqnozlaşdırılır. Qeyd olunur ki, fiskal stimullar 2019-cu ildə iqtisadi fəallığı artıracaq, eləcə də qeyri-enerji sektorlarında təxminən 2,8 faiz səviyyəsində artımın olmasına töhfə verəcək.

Daxili tələbin tədricən yaxşılaşması ilə inflyasiyanın 2019–2021-ci illərdə orta hesabla 3,1% təşkil etməklə aşağı səviyyədə qalacağı gözlənilir. 2021-ci ilədək cari əməliyyatlar hesabının profisiti ÜDM-in orta hesabla 6,5%-ni təşkil edəcək ki, bu da qeyri-enerji sektorunda cari hesab kəsirinin artmasına səbəb olacaq, çünki daxili tələbin artması idxalın artmasına səbəb olur. Vergi güzəştlərinə baxmayaraq, fiskal hesablar profisit olaraq qalacaq, ancaq büdcə profisitinin 2018-ci ildəki ÜDM-in 5,9%-dən 2021-ci ildə ÜDM-in 4,4%-dək azalacağı proqnozlaşdırılır. Bundan əlavə, qeyri-neft büdcə balansı artacaq. ÜDM-in və inflyasiyanın orta artım tempi saxlanılacağı təqdirdə həyat səviyyəsinin yaxşılaşmağa davam edəcək.

Qeyd edək ki, Dünya Bankının iyun ayındakı hesabatında Azərbaycanın 2019-cu ildə ÜDM-inin artımı 3,2%, 2020-ci ildə 3,5%, 2021-ci ildə 3,7% səviyyəsində proqnozlaşdırılmışdı.

Hesabat müəlliflərinin fikrincə, Azərbaycanın ÜDM-inin səviyyəsinə xarici amillər, o cümlədən dünya bazarında qeyri-müəyyənliyin dərinləşməsi, qlobal iqtisadiyyatın yavaşlaması və neftin qiymətinin aşağı düşməsinə səbəb olan axın Şərqdə yüksək geosiyasi gərginlik təsir göstərir.

roqnozlaşdırılır. Bundan əlavə, qeyri-neft büdcə balansı artacaq. ÜDM-in və inflyasiyanın orta artım tempi saxlanılacağı təqdirdə həyat səviyyəsinin yaxşılaşmağa davam edəcək.

Qeyd edək ki, Dünya Bankının iyun ayındakı hesabatında Azərbaycanın 2019-cu ildə ÜDM-inin artımı 3,2%, 2020-ci ildə 3,5%, 2021-ci ildə 3,7% səviyyəsində proqnozlaşdırılmışdı.

Hesabat müəlliflərinin fikrincə, Azərbaycanın ÜDM-inin səviyyəsinə xarici amillər, o cümlədən dünya bazarında qeyri-müəyyənliyin dərinləşməsi, qlobal iqtisadiyyatın yavaşlaması və neftin qiymətinin aşağı düşməsinə səbəb olan axın Şərqdə yüksək geosiyasi gərginlik təsir göstərir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər