30 C
Baku
Tuesday, June 28, 2022

Dünya Bankı: Azərbaycanlı miqrantlar vətənə 42 mln. dollar göndərib

Azərbaycandan olan miqrantlar 2015-ci il ərzində öz əlkələrinə 42 mln. ABŞ dolları həcmində pul göndəriblər ki, bu da dünya üzrə ümumi həcmin 0,0072%-i deməkdir. Bu Dünya Bankının (WB) apardığı araşdırmalar zamanı məlum olub.

Məlumata görə, 2015-ci ildə ümumilikdə 582 mlrd. dollarlıq pul miqrantlar tərəfindən vətənlərinə göndərilib. Azərbaycanın da yer aldığı TOP-20-yə Rusiya liderlik edir. Belə ki, rusiyalı emiqrantlar öz ölkəsinə 3,108 mlrd. dollar göndəriblər.

TOP-20-də yer alan digər olkələrin sıralaması isə belədir:

  1. Qazaxıstan – 254 mln. dollar,
  2. Polşa – 233 mln. dollar,
  3. Belarus – 228 mln. dollar,
  4. Özbəkistan – 172 mln. dollar,
  5. İsrail – 153 mln. dollar,
  6. Çexiya – 150 mln. dollar,
  7. Moldova – 47 mln. dollar,
  8. Latviya – 43 mln. dollar,
  9. Macarıstan – 33 mln. dollar,
  10. Türkmənistan – 29 mln. dollar,
  11. Qırğızıstan – 27 mln. dollar,
  12. Estoniya – 23 mln. dollar,
  13. Gürcüstan – 23 mln. dollar,
  14. Litva – 22 mln. dollar,
  15. Rumıniya – 12 mln. dollar,
  16. Slovakiya – 10 mln. dollar,
  17. Ukrayna – 2,2 mln. dollar,
  18. Ermənistan – 2 mln. dollar,
  19. Tacikistan – 1 mln. dollar.

Report

Son xəbərlər
Oxşar xəbərlər