Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının 2,6% kiçiləcəyini, gələn il isə 2,2% artacağını proqnozlaşdırır.
Bu barədə qurumun hazırladığı “Global Economic Prospects: Europe and Central Asia” hesabatının iyun buraxılışında bildirilir.
Xatırladaq ki, hesabatın yanvar buraxılışında bu il Azərbaycanda ümumi daxili məhsulun 4,9% azalacağı, gələn il isə 0,1% artacağı proqnozlaşdırılırdı.
Dünya Bankı bəyan edib ki, Azərbaycan və digər ölkələrdəki iqtisadi geriləmələrə koronavirus (COVID-19) pandemiyası və bunun nəticəsində əmtəə qiymətlərindəki azalmalar səbəb olub.
Qurum Azərbaycanı inkişaf etməkdə olan ölkələr arasında sosial təminata ən çox diqqət ayıran ölkə kimi göstərib.