7 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu dəyişib

Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının COVID-19 pandemiyasının fonunda 4,2% azalacağını proqnozlaşdırır.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə dərc olunmuş yenilənmiş hesabatına istinadən xəbər verilir.

Qeyd edilir ki, sözügedən proqnoz iyun ayında verilən proqnozdan 1,6 faiz bəndi çoxdur. Hesabatda verilən məlumata görə, 2021-ci ildə ölkədə ÜDM 1,9% artacaq və bu, ötən proqnozdan 0,3 faiz bəndi azdır.

Bankın hesabatına əsasən, bədbin ssenaridə Azərbaycan iqtisadiyyatının gələn il artımı daha zəif – 1,1% səviyyəsində ola bilər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər