Qazaxıstan, Azərbaycan və Gürcüstan orta dəhliz ticarət marşrutunun diversifikasiyasında mühüm rol oynayır. Təchizat zəncirlərinin yönləndirilməsində, ölkələrarası ticarətin dayanıqlığının artırılmasında və Rusiya Çin kimi ənənəvi regional ticarət tərəfdaşlarından asılılığın azaldılmasında orta dəhlizin mühüm rolu olacaq.
Bu barədə Dünya Bankının (DB) hesabatında bildirilib.
Qeyd olunub ki, bu istiqamətdə formalaşan xüsusi siyasət nəticəsində Qazaxıstan, Azərbaycan və Gürcüstan istehsal fəaliyyətlərinin kütləviliyini təşviq etməklə ixrac həcmini və məhsulların əlavə dəyərini artıra bilər.
“2021-2030-cu illər üçün üç ölkənin yük bazasında ümumi potensial 90 milyon ton (+44 faiz) təşkil edəcək. Bunun 70 milyon tonu Qazaxıstandan əlavə ixracın payına düşəcək”, – deyə vurğulanıb.