10 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı Azərbaycan üzrə tərəfdaşlıq strategiyasının müddətini uzadıb

Koronavirus pandemiyası səbəbindən Dünya Bankının Azərbaycan üzrə tərəfdaşlıq strategiyasının müddəti 1 il uzadılıb.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans formatında təşkil olunmuş görüşdə deyib.

E.Rüstəmov Dünya Bankı ilə potensial əməkdaşlıq sahələrindən danışıb və qeyd edib ki, ötən il Dünya Bankı ilə yeni milli iqtisadi inkişaf strategiyasının hazırlanması üzrə danışıqlara başlanılıb: “Hazırda biz 2016-2020-ci illəri əhatə edən ölkə tərəfdaşlıq strategiyaları əsasında çalışırıq və bunun da müddəti cari vəziyyət nəzərə alınaraq bir il artırılıb”.

Mərkəzi Bankın sədri, həmçinin maliyyə sektorunun qiymətləndirilməsi proqramı üzərində çalışmağın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Son xəbərlər
Digər xəbərlər