12 C
Baku
Monday, November 25, 2024

Dünya Bankı Azərbaycan üzrə yeni tədqiqatını iyunda təqdim edəcək

Martın 9-da Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.

Görüşdə Dünya Bankı tərəfindən aparılan və 2022-ci ilin iyun ayında təqdimatı planlaşdırılan Azərbaycan üzrə Sistemli Diaqnostik Tədqiqatın (ÖSDT) yenilənməsi və bununla bağlı rəsmi statistika məlumatlarından istifadə barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Dünya Bankının bundan əvvəlki ÖSDT-si 2015-ci ildə təqdim olunmuşdu. Bank həmdə Azərbaycanda yeni çərçivə tərəfdaşlıq proqramını (CPF) bu il başlayacaq.

Xatırladaq ki, hazırda Dünya Bankının Azərbaycanda dörd aktiv layihəsi var və indiyədək Azərbaycanda reallaşan 72 layihəyə ümumilikdə 4,2 mlrd. ABŞ dollarından çox vəsait ayırıb.

Son xəbərlər
Digər xəbərlər