9 C
Baku
Sunday, November 17, 2024

Dünya Bankı: Azərbaycan yuxarı orta gəlirli ölkə səviyyəsinə çatıb

30 il ərzində Azərbaycan nəzərəçarpan iqtisadi inkişafa nail olub, aşağı gəlirli ölkədən yuxarı orta gəlirli ölkə səviyyəsinə çatıb.

Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl “Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri” konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bununla da Azərbaycan beynəlxalq donorlar qrupuna qatılıb.

“İqlim dəyişikliyi dünyanın istənilən ölkəsinə, həmçinin Azərbaycana mənfi təsir göstərir. “Yaşıl keçid” ölkələr üçün geniş imkanlar açır. Bu ənənəvi enerjidən irəli gələn artım modellərindən yeni modelə keçməyə imkan verir. Dünya Bankı olaraq inanırıq ki, Azərbaycan “yaşıl keçid” çərçivəsində qlobal liderə çevrilə bilər”, – deyə S. Maykl vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər