7 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı Azərbaycana 85 mln. dollar pul ayırır

Dünya Bankın Direktorlar Şurası 2017-ci i iyulun 18-də Azərbaycanın Abşeron yarımadasında göllərin təmizləmə və bərpası üzrə layihəni müzakirə edəcək.

Bu barədə Dünya Bankının məlumatında deyilir.

Güman edilir ki, bu layihənin qiyməti 100 milyon dollar təşkil edəcək. Onlardan 85 milyonu Dünya Bankın qrupuna daxil olan Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının hesabına, 15 milyon dollar isə ölkə hökumətin hesabına ödəniləcək.

Layihə Bakının cənub-qərbində yerləşən dörd gölü -Xocahəsən, Lokbatan, Qırmızı və Qu göllərini əhatə edəcək.

http://virtualaz.org/

Son xəbərlər
Digər xəbərlər