12 C
Baku
Wednesday, December 11, 2024

Dünya Bankı: “Azərbaycanda enerji istehlakında binaların payı dünya üzrə orta göstəricidən çoxdur”

Azərbaycanda enerji istehlakında binaların payı təqribən 55% təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən (35%) xeyli çoxdur.

Bu barədə Azərbaycan hökuməti, enerji və kommunal xidmətlər sektoru, beynəlxalq maliyyə təşkilatları və donor təşkilatlarının nümayəndələrinin iştirakı ilə Binalar Sektorunda Milli Renovasiya Proqramının işlənib hazırlanması istiqamətində Enerji Effektivliyi Bazarının Qiymətləndirilməsinin ilkin nəticələri üzrə seminarda bildirilib.

Qeyd edilib ki, Azərbaycan binalarda enerji effektivliyini artırmaq üçün müxtəlif təşəbbüslər və proqramlar həyata keçirir, lakin lazımi nəticələrə nail olmaq üçün yeni və əhatəli yanaşmaya ehtiyac var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər