3 C
Baku
Saturday, December 14, 2024

Dünya Bankı: Azərbaycanda hər il 2-3 mlrd. kubmetr su itkisi yaranır

Sudan səmərəli istifadə və kənd təsərrüfatında smart texnologiyalardan isitifadə çox önəmlidir. Azərbaycan hər il 2-3 milyard kubmetr su itkisinə yol verir. Bu rəqəm su itkisi olan bir ölkə üçün kifayət qədər böyükdür.

Bunu Dünya Bankınının nümayəndəsi Andrea Liverani Azərbaycanla bağlı vəziyyəti dəyərləndirərkən deyib.

O qeyd edib ki, su ilə bağlı orta qlobal səmərəlilik səviyyəsinə nail olunması ilə hazırda mövcud olan su çəkilmələrinin 7-11 faizini aradan qaldırmaq olar: “Dekarbonizasiya enerji sektorunda su istifadəsinin 80 faiz azalmasına, qənaətə səbəb ola bilər. Bundan başqa, su səmərəliliyi və dekarbonizasiya üçün qoyulan investisiyalar su təhlükəsizliyi ilə bağlı gələcək riskləri kompensasiya edə bilər”.

“Kənd təsərrüfatında da texnologiya yenilənməlidir. Ümumilikdə qeyd edim ki, 2060-cı ilədək bu həll yollarını ərsəyə gətirmək üçün 44 milyard dollar nəzərdə tutulub. Bu da il ərzində 1.3 milyard dollar, yəni kifayət qədər böyük rəqəm olsa da, nisbi götürsək, ölkənin mədən yanacağı subsidiyaları xərci ilə müqayisədə çox azdır. Buna görə də elektrik enerjisi qiymətində subsidiyaları aradan qaldırmaq lazımdır”, – deyə o vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər