13 C
Baku
Friday, April 19, 2024

Dünya Bankı Azərbaycanda İnnovasiya və Startap Ekosisteminə dəstək verə bilər

Dünya Bankı Azərbaycanda İnnovasiya və Startap Ekosisteminin qurulmasına və inkişafına dəstək verə bilər.

Bu məsələ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının Dünya Bankının Özəl Sektor üzrə baş mütəxəssisi İfeyinva Onugha, eləcə də Baş Maliyyə və Özəl Sektor üzrə mütəxəssisi Ramil Məhərrəmovla görüşündə müzakirə olub.

Tərəflər “EnterpriseAzerbaijan” portalının gələcək inkişafı, Azərbaycanda “İnnovasiya və Startap Ekosistemi”nin qurulması və inkişafı üçün Dünya Bankının dəstəyi, beynəlxalq yarışların təşkili, investisiyaların təşviqi və korporativ innovasiya proqramlarının idarə edilməsi ilə bağlı xüsusi “İnkişaf Proqramı”nın hazırlanması üçün innovasiya siyasətinin nəzərdən keçirilməsi kimi məsələləri müzakirə edib.

Görüşdə həmçinin Dünya Bankı və “EnterpriseAzerbaijan” arasında əməkdaşlığın davamlı olması üçün gələcək prespektivlər diqqətə alınıb.

Görüşdə İİTKM-in Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova və portalın rəhbəri Mətanət Musayeva də iştirak ediblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər