14 C
Baku
Saturday, November 16, 2024

Dünya Bankı Azərbaycandakı islahatlara dəstək verəcək

Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sisteminin istifadəyə verilməsi Azərbaycana yeni investisiyaların gəlməsinə şərait yaradacaq.

Bunu Dünya Bankının (DB) Cənubi Qafqazda maliyyə və pzəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina bildirib.

“Sistemin istifadəyə verilməsi kapital bazarının effektiv işləməsinin təməli, Azərbaycan kapital bazarının davamlı inkişafı üçün mühüm əlamətidir. Həmçinin, Azərbaycana yeni investisiyaların, o cümlədən xarici investisiyaların gəlməsinə şərait yaradacaq. Bundan başqa, yerli şirkətlər də beynəlxalq kapital bazarına çıxış imkanı əldə edəcək”, – deyə A.Priqojina deyib.

O bildirib ki, DB Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməyə hazırdır.

“Biz Azərbaycana kapital bazarında islahatlara kömək göstərməyə hazırıq. Azərbaycan iqtisadiyyatının inkişafı üçün islahatların keçirilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsinə töhfə verməyə hazırıq”, – deyə A.Priqojina əlavə edib.

Report

Son xəbərlər
Digər xəbərlər