10 C
Baku
Friday, December 13, 2024

Dünya Bankı: Azərbaycanın cari əməliyyatlar balansının profisiti 13%-ə enəcək

Dünya Bankı Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisiti üzrə proqnozunu azaldıb.

Bu barədə Bankın regional hesabatında bildirilib. Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisitinin ÜDM-ə nisbəti üzrə proqnozunu 19.2%-dən 14.6%-ə endirilib.

Dünya Bankı 2024-cü ildə CƏH-in profisiti üzrə proqnozunu 14.8%-dən 13.5%-ə kimi azaldıb, 2025-ci il üzrə isə dəyişməyərək 13%-i səviyyəsində müəyyən edib.

Qeyd edək ki, ötən il cari əməliyyatlar hesabının profisiti ÜDM-in 26.5%-ni təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər