Dünya Bankı (WB) Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 4.2 %, 2023-cü ildə isə 2.8 % artacağını proqnozlaşdırır.
Bu barədə bankın “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında bildirilib.
Sənədə əsasən, bu, Dünya Bankının iyun proqnozu ilə müqayisədə müvafiq olaraq 1.5 % və 0.6 % çoxdur.
Dünya Bankı 2024-cü ildə Azərbaycan iqtisadiyyatının 2.6 % böyüyəcəyini gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0.3 faiz bəndi çoxdur.