26 C
Baku
Saturday, July 27, 2024

Dünya Bankı: Bu il dünya iqtisadiyyatının inkişaf sürətlə artacaq

Dünya Bankının analitikləri 2017-ci ildə dünya iqtisadiyyatının inkişaf sürətinin artacağını proqnozlaşdırırlar. BMT-nin Xəbərlər Mərkəzinə istinadla, bu barədə məlumat “Dünya iqtisadiyyatının perspektivləri” adlı məruzədə yer alıb.

Sənaye istehsalının və ticarətin canlanması, xammalın qiymətlərinin sabitləşməsi və bazar iştirakçılarının əminlik hissinin artması sayəsində dünya iqtisadiyyatının inkişaf sürəti artaraq 2,7 faizə çatıb. Özü də bu göstərici inkişaf etmiş ölkələrdə 1,9 faiz, bazarı formalaşmaqda olan və inkişaf edən ölkələrdə 4,1 faiz təşkil edib.

Bankın analitiklərinin fikrincə, müsbət göstərcilərin başlıca səbəblərindən biri inkişaf etməkdə olan yeddi iri ölkədə – Braziliya, Hindistan, İndoneziya, Çin, Meksika, Rusiya və Türkiyədə baş verən iqtisadi proseslərdir.

Mütəxəssislər deyirlər: “İki il davam edən resessiyadan sonra Rusiya iqtisadiyyatının artım sürətinin 2017-ci ildə 1,3 faiz, 2018-ci ildə 1,4 faiz təşkil edəcəyi gözlənilir. Özü də iqtisadi inkişafa istehlakın artması kömək edəcək”.

Daha sonra məqalədə deyilir: amma ciddi risk faktorları ümidverici perspektivlərə kölgə salır. Yeni ticarət məhdudiyyətləri dünya ticarətinin həcminin çoxdan gözlənilən bərpası prosesini geri ata bilər. Xroniki siyasi qeyri-müəyyənlik etimadın sarsılmasına və sərmayələrin məhdudlaşmasına rəvac verər. Maliyyə bazarlarının nisbi sabitliyi fonunda inkişaf etmiş ölkələrdə siyasi risklərin və ya pul-kredit siyasətinin sağlamlaşdırılması sürətinin bazar tərəfindən yenidən qiymətləndirilməsi qəfil maliyyə sarsıntılarına gətirib çıxara bilər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər