-1 C
Baku
Saturday, December 14, 2024

Dünya Bankı Çinin 2022-ci il üçün ÜDM artımı üzrə proqnozunu azaldıb

Dünya Bankı (DB) Çinin bu il üçün iqtisadi artım üzrə proqnozunu 5,4%-dən 5%-ə endirib.

Bu barədə bankın “Dünya iqtisadiyyatının perspektivləri” adlı hesabatında deyilir.

Hesabata görə, payına regional istehsalın 86%-i düşən Çinin iqtisadiyyatı baza ssenarisi üzrə 5%, pessimist ssenariyə görə isə 4% artacaq.

Analitiklərin fikrincə, Ukrayna ətrafında cərəyan edən hadisələr inkişaf etməkdə olan Şərqi Asiya və Sakit okean ölkələrinin iqtisadiyyatlarının bərpasına mənfi təsir göstərir.

Bundan başqa, proqnozlara görə, regionun digər ölkələrində istehsal həcmi baza ssenarisi üzrə 4,8%, pessimist ssenariyə görə isə 4,2% artacaq. Ən pis halda 2022-ci ildə daha 6 milyon nəfər yoxsulluq həddi səviyyəsində qalacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər