Dünya Bankı Gürcüstana 80 milyon ABŞ dolları həcmində maliyyə yardımı ayıracaq.
Bu barədə bankdan bildirilib.
Vəsait Gürcüstanda COVID-19 pandemiyasının səhiyyə və sosial sahəyə mənfi təsirlərinin yumşaldılmasına yönəldiləcək.
Dəstək paketinin Gürcüstan əhalisinin böyük hissəsinə, xüsusən də koronavirusa yoluxan və yüksək risk qrupuna daxil olan yaşlılar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, həmçinin təcili tibbi yardım xidmətinin əməkdaşları və tibbi heyətə fayda gətirəcəyi gözlənilir.
©Report