9 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı Gürcüstanla bağlı proqnozlarında dəyişiklik edib

Dünya Bankı Gürcüstanın 2024-cü ildə iqtisadi inkişafı ilə bağlı proqnozlarında dəyişiklik edib.

Dünya Bankının yanvar hesabatına əsasən, 2024-cü ildə Gürcüstanda ÜDM artımı 4,8 faiz səviyyəsində proqnozlaşdırılır. İyun ayında təşkilat Gürcüstan iqtisadiyyatının 5 faiz artacağını gözləyirdi.

Bildirilir ki, 2021-ci və 2022-ci illərdə Gürcüstanın ÜDM-i ikirəqəmli sürətlə – müvafiq olaraq 10,5 faiz və 10,4 faiz artıb. Dünya Bankı iqtisadçılarının gözləntilərinə görə, 2023-cü ildə Gürcüstanda ÜDM artımı 2,1 faiz bəndi olmaqla 6,5 faiz təşkil edəcək. 2024-cü il üçün proqnoz 0,2 faiz bəndi azaldılaraq 4,8 faizə, 2025-ci il üçün isə 0,5 faiz bəndi azaldılaraq 4,5 faizə endirilib.

Bankın 2024-cü il üçün proqnozuna görə, Ermənistanda iqtisadi artım 1,3 faiz təşkil edəcək. Bunun da çox aşağı göstərici olduğu bildirilir.

Son xəbərlər
Digər xəbərlər