18 C
Baku
Tuesday, April 23, 2024

Dünya Bankı Hindistana koronavirusla mübarizə üçün 1 milyard dollar ayıracaq

Hindistanın 2 mindən çox sakini koronavirusa yoluxub, onlardan 53 nəfər dünyasını dəyişib. Dünya Bankı Dehliyə koronavirus ilə mübarizə üçün 1 milyard dollar məbləğində təcili maddi yardım göstərəcəkdir.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

“Bu, Dünya Bankının tarixində Hindistana verdiyi ən böyük dəstəkdir”, – qlobal kreditorun mesajında deyilir.

Xatırladaq ki, daha əvvəl Dünya Bankı 25 ölkəyə 1,9 milyard dollarlıq yardım paketini təsdiqlədiyini açıqlamışdır. Bundan əlavə, daha 40 ölkənin müraciətlərinə baxılır.

Dünya Bankı koronavirus və ondan irəli gələn nəticələr ilə mübarizə aparan ölkələrə 160 milyard dollar ayırmağa hazır olduğunu bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər