11 C
Baku
Thursday, November 14, 2024

Dünya Bankı Kəlbəcərə aparan yolun təmiri üçün Ermənistana vəsait ayırdı

Dünya Bankı Kəlbəcərə yol çəkilişi üçün Ermənistana maliyyə yardımı ayırıb. Ermənistan mətbuatı  məlumata verir ki, bu barədə ölkənin Nəqliyyat və Rabitə nazirliyi məlumat yayıb. Nazirlikdən bildirib ki, 25 gündən sonra Martuni- Vardenis- Sotk maqistralının (M-11) 6,5-11,1-ci kilometrliyində əsaslı təmir işlərinə başlanılacaq.

Nazirlikdən bildirib ki, qeyd edilən yolun yenidən qurulması 2016-cı ildə Dünya Bankının vəsaiti hesabına həyata keçiriləcək və əsaslı təmir olunacaq yol “həyati əhəmiyyətə malik” yollar siyahısına daxil edilib.

Yolun əsaslı təmiri üçün artıq müsabiqə elan edilib, təfərrüatları Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyinin rəsmi saytından öyrənmək olar.

Müəyyən edilmiş prosedura əsasən, 25 gündən sonra yolun əsaslı təmirinə start veriləcək”, – deyə nazirliyin məlumatında bildirilir.

Təmir ediləcək həmin sahə Qarabağla Ermənistanı birləşdirir və strateji əhəmiyyət daşıyır.

Son xəbərlər
Digər xəbərlər