12 C
Baku
Sunday, October 27, 2024

Dünya Bankı miqrantların köçürdüyü rekord məbləğ barədə xəbər verib

2018-ci ildə bütün dünya üzrə işçi miqrantlar vətənlərinə 529 milyard dollar köçürüblər, artma sürəti 2017-ci il ilə müqayisədə 9,6% təşkil edib. Belə köçürmələrin əsas qazananları Hindistan, Çin, Meksika, Filippin və Misir olub.

İşçi miqrantlar tərəfindən ölkəyə aşağı və orta səviyyəli gəlirlə rəsmən köçürülən məbləğin həcmi 2018-ci ildə 529 milyard dollarlıq rekord göstəriciyə çatıb və bu da 2017-ci ildəki 483 milyard dollarla müqayisədə 9,6% artım deməkdir. Bu barədə Dünya bankının araşdırmasında deyilir. Yüksək gəlirli ölkələr də daxil olmaqla belə köçürmələrin dünya üzrə ümumi göstəriciləri 689 milyard dollar olub,2017-ci ildə isə köçürmələrin məbləği 633 milyard dollar bərabər olub.

Artım, ABŞ-da məşğulluqla bağlı vəziyyətin və bu ölkənin iqtisadi göstəricilərinin inkişafı ilə yanaşı həmçinin Körfəz Əməkdaşlığına üzv ölkələrdən və Rusiyadan olan köçürmələrin bərpası ilə əlaqəlidir.

Şərqi Asiyaya və Sakit Okean ərazilərinə pul köçürmələri 2018-ci ildə demək olar ki, 7% artaraq 143 milyard dollar olub, Avropaya və Mərkəzi Asiyaya köçürmələr isə 11% artıb və 59 milyard dollara çatıb. Qeyd edilir ki, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi regionun pul köçürmələrindən ən az asılı ölkələri Rusiyanın iqtisadi aktivliyinin davamlı bərpasından xeyir əldə ediblər.

Ukraynaya 2018-ci ildə 14 milyard dollar köçürülüb və buda 2017-ci ildəkindən 19% çoxdur. Keçən ilin dekabrında Ukraynanın sosial siyasət naziri Andrey Reva xaricdə işləyən ukraynalıların sayını 7-9 milyon kimi hesablayıb. Bu sayda miqrant ölkədən kənarda daimi işləmir. Reva qeyd edib ki, daimi işləyən Ukrayna vətəndaşlarının sayı 3,2 milyondur.

Miqrantlar həmçinin Latın Amerikası və Karib basseyni ölkələrindən 88 milyard dollar (+10%), Yaxın Şərq və Şimali Afrika ölkələrindən 62 milyard dollar (+9%), Cənubi Asiyadan isə 131 milyard dollar (+12%) köçürüblər.

Son xəbərlər
Digər xəbərlər