13 C
Baku
Friday, November 22, 2024

Dünya Bankı Misirə $700 mln. maliyyə yardımı ayıracaq

Dünya Bankı Misirin büdcə kəsirinin aradan qaldırılmasına dəstək üçün Qahirəyə 700 milyon dollar ayrılacağını açıqlayıb.

Bu barədə Dünya Bankının press-relizində deyilir. Maliyyə dəstəyinin məqsədi özəl sektorun inkişafının stimullaşdırılması, ümumi iqtisadi vəziyyətin gücləndirilməsi, büdcə kəsiri probleminin həlli və ekolojiyönümlü inkişaf modeli ilə bağlı islahatların həyata keçirilməsidir.

Qahirə, həmçinin Dünya Bankının bu ilin mart ayında qəbul etdiyi maliyyələşdirmə proqramı çərçivəsində yardım alıb. Layihə, eyni zamanda, növbəti üç il ərzində Misirə 6 milyard dolların ayrılmasını nəzərdə tutur. Bu vəsaitin bir hissəsi dövlət sektorunun inkişafına, digər hissəsi isə özəl sektora yönəldiləcək.

Qeyd edək ki, 2022-ci ildə xarici valyuta qıtlığı ilə üzləşən Misir xarici maliyyələşmədən asılı vəziyyətə düşüb. Bu, milli valyutanın ucuzlaşmasına, rekord inflyasiyaya, idxalın azalmasına və ümumi iqtisadi aktivliyin zəifləməsinə səbəb olub. Qahirə 2024-cü ilin martında iqtisadiyyatı sabitləşdirmək və ölkəyə xarici kapital cəlb etmək üçün milli valyutanı devalvasiya edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər