8 C
Baku
Thursday, December 12, 2024

Dünya bankı Myanma-ya 2 milyard dollar ayıracaq

Dünya bankının rəhbəri Cim En Kim-in bildirdiyinə görə, Dünya bankı layihələrin, həmçinin energetika və sağlamlığın qorunması tədbirlərinin inkişafı səbəbi ilə Birmaya 2 milyard dollar ayıracaq.

Birma son illər xarici dünya üçün Myanma kimi də tanınır və iqtisadiyyatının bərpa edilməsi üçün mübarizə aparır. Hələ 30 il əvvəl Birmada hökmranlıq edən hərbi qüvvələr borclarını ödəməkdən imtina etdikdə bank Birmanı kreditləşdirməyi dayandırmışdı.

Əhalinin demək olar ki, 70%-i elektrik enerjisindən məhrum edilib. Elektroenergetika sisteminin modernləşdirilməsi isə ölkənin inkişafında açar mövqeyə sahibdir.

Son xəbərlər
Digər xəbərlər