22 C
Baku
Saturday, July 13, 2024

Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu artırıb

Dünya Bankı 2020 və 2021-ci illərdə bir barel neftin 41 və 44 dollara olacağını proqnozlaşdırıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Ümumilikdə, neft qiymətlərinin 2021-ci ildə orta hesabla 44 dollar, 2020-ci ildə isə 41 dollar olacağı gözlənilir. Turizm və səyahət sektorunun inkişafı sağlamlıqla əlaqəli problemlər səbəbindən məhdudlaşmağa davam etdiyinə görə, tələbatın yavaş sürətlə böyüməsi proqnozlaşdırılır”, – məruzədə deyilir. Qeyd edək ki, Dünya Bankının yeni proqnozu iyun ayındakı təxminlərdən xeyli yaxşıdır. Xatırladaq ki, maliyyə təşkilatı 2020-ci və 2021-ci illərdə neft qiymətlərinin müvafiq olaraq 32 və 38 dollar olacağını proqnozlaşdırmışdı.

Bildirilir ki, yaxın gələcəkdə neft qiymətləri istehsalı azaltmaq məqsədini güdən OPEC+ razılaşması, o cümlədən ABŞ-da neft hasilatında azalma kimi amillər təsir göstərəcək.

Məruzənin müəllifləri 2021-ci ildə qlobal iqtisadi fəaliyyətin Covid-19 pandemiyasından əvvəlki səviyyəyə qayıdacağını gözləyirlər. Onlar həmçinin qaz və kömürə tələbatın artacağını qeyd ediblər. “Demək olar ki, bütün əmtəə qiymətləri ilin əvvəlindəki kəskin azalmadan sonra 2020-ci ilin üçüncü rübündə bərpa olub. Xam neftin qiyməti tədarükün ixtisarına cavab olaraq aprel ayından bəri iki dəfə artıb”, – proqnozda deyilir. 2021-ci ildə metal və kənd təsərrüfatı məhsullarının qiymətləri bir qədər artacaq: 2% və 1%.

Beynəlxalq Energetika Agentliyi oktyabr hesabatında neft bazarını “zərif” adlandırıb. Araşdırmalara görə, 2020-ci ildə qlobal enerji tələbatı keçən ilə nisbətən 5%, neftə olan tələbat isə 8% azalacaq.

2020-ci ilin mayında pandemiya səbəbindən dünya neft qiymətlərində kəskin eniş qeydə alınıb, bu səbəbdən OPEC+ ölkələri üç ay ərzində gündəlik hasilatı 9,7 milyon barel azaltmaq barədə razılığa gəldilər. Avqust ayından bəri neft ixrac edən ölkələr ilin sonunadək ixracı gündə 7,7 milyon barel azaldacaqlarını bildirdilər. Və nəhayət, 2022-ci ilin aprel ayının sonuna qədər azalma gündə 5,8 milyon barel təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər