25 C
Baku
Saturday, July 27, 2024

Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

Dünya Bankı 2017-2018-ci illər üzrə neftin orta qiyməti ilə bağlı proqnozunu aşağı salıb.

Bankın hesabatına istinadən, neftin qiyməti 2016-cı illə müqayisədə 24 faiz artıb. Ancaq neftin qiymətinin 2017-ci ildə orta hesabla 53 dollar/barrel olması gözlənilərkən qiymət yanvar ayındakı proqnoza nisbətən 2 dollar/barrel azalıb.

“Neft ehtiyatlarının ilin ikinci yarısında artması gözlənilir. Bu, 2018-ci ildə neftin barrel qiymətinin orta hesabla 56 dollar/barrelədək artırmasına dəstək olacaq. Həmin rəqəm isə yanvar ayındakı proqnozdan 4 dollar/barrel aşağıdır”, – deyə bank bildirib.

Bu proqnozlar OPEC və qeyri-OPEC ölkələrin neft hasilatının azaldılmasına dair sazişin müddətini 2018-ci ilin mart ayının sonunadək uzatmaları və ABŞ şist neft hasilatının artması üzrə gözləntiləri əks etdirir.

Dünya Bankının ekspertləri hesab edir ki, neftin qiyməti üzrə risklər ABŞ-da şist neft istehsalının artması və ya hasilatın azaldılması üzrə sazişə uyğunluq səviyyəsinin az olması ilə yaranır.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC-in Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Son xəbərlər
Digər xəbərlər