21 C
Baku
Saturday, September 28, 2024

Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb

Dünya Bankı bu il üçün qlobal neft qiyməti ilə bağlı proqnozunu aşağı salıb.

Bankın nəşr etdiyi iqtisadi görünüş hesabatında bu il üzrə neftin orta qiymət proqnozu 53 dollar/barreldən 37 dollar/barrelə endirilib. Hesabatda, həmçinin neftin orta qiymətinin bu il 30 dollar/barrel səviyyəsinə düşə biləcəyi də qeyd edilib.

2017-ci ildə neftin orta qiymətinin 48 dollar/barrelə qalxacağını proqnozlaşdıran bank 2018-ci il üçün orta qiymət təxminini 51,4 dollar/barrel edib.

Dünya Bankı pessimist ssenaridə 2016-cı, 2017-ci və 2018-ci illər üçün neftin orta qiymət proqnozunu müvafiq olaraq 30, 40 və 45 dollar/barrel, optimist ssenaridə isə qiymətin 2016-cı ildə 50, 2017-ci ildə 53, 2018-ci ildə isə 55 dollar/barrel olacağını bildirib.

Azertag

Son xəbərlər
Digər xəbərlər