-1 C
Baku
Saturday, December 14, 2024

Dünya Bankı neftin qiyməti üzrə proqnozunu yeniləyib

Dünya Bankı (DB) 2023-2024-cü illər üçün “Brent” markalı neftin qiyməti üzrə proqnozunu yeniləyib.

Bu barədə Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatında bildirilir.

Hesabata əsasən, 2023-cü ildə “Brent” neftinin 1 barelinin qiyməti 84 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.

DB-nin proqnozuna əsasən, 2024-cü ildə “Brent”in qiyməti 81 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 5% azdır.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə “Brent” neftinin qiymətinin azalması davam edəcək və 80 dollar təşkil edəcək.

Belə ki, Bankın proqnozuna əsasən, 2023-cü ildə “Brent”in qiyməti illik müqayisədə 15.9%, 2024-cü ildə – 3.6%, 2025-ci ildə isə 1.2% azalacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər