24 C
Baku
Thursday, July 18, 2024

Dünya Bankı Nigerə ödənişləri dayandırıb

Dünya Bankı özəl sektordakı proqramlar istisna olmaqla, Nigerə ödənişləri dayandırdığını elan edib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

“Dünya Bankı hesab edir ki, sülh, sabitlik və qanunun aliliyi – yoxsulluqdan azad olan dünyanın əsasını təşkil edir. Biz Nigerin demokratik yolla seçilmiş hökumətini devirmək cəhdlərindən narahatıq. Buna cavab olaraq Dünya Bankı geri çəkilir və özəl sektordakı tərəfdaşlıq istisna olmaqla, bütün ödənişləri dayandırır”, – mesajda deyilir.

Dünya Bankı əlavə edib ki, vəziyyəti yaxından izləməyə davam edir. “Biz Niger xalqının həyat keyfiyyətini yaxşılaşdırmaq və imkanlarını genişləndirmək istəyi ilə hərəkət edirik”,-  deyə maliyyə institutu bildirib.

Son xəbərlər
Digər xəbərlər