26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Dünya Bankı ötən il Türkiyəyə rekord məbləğdə kredit ayırıb

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci ildə Dünya Bankı doqquz kritik inkişaf layihəsi üzrə Türkiyəyə 2,501 mlrd. ABŞ dolları məbləğində rekord maliyyə dəstəyi göstərib.

Yeni kredit xətlərinin təsdiqindən sonra Dünya Bankının Türkiyədəki aktiv layihə portfeli 21 layihə üzrə 6,7 mlrd. dollara çatıb.

Bank Türkiyənin COVID-19 pandemiyasına təcili müdaxiləsini dəstəkləmək üçün sürətli, çevik və strateji bir yanaşma tətbiq edib. Beləliklə, 2020-ci il ərzində böhranın müxtəlif aspektlərinin həlli üçün 1,333 mlrd. dollar həcmində beş inkişaf layihəsi sürətlə hazırlanıb. Qalan 1,168 mlrd. dollarlıq dörd layihə isə Türkiyənin pandemiyadan sonra daha güclü bir şəkildə qayıda bilməyinə, daha bərabər və davamlı böyüməyə üçün hesablanıb.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər