27 C
Baku
Saturday, July 27, 2024

Dünya Bankı pandemiya səbəbindən 150 milyon insanın yoxsullaşacağını proqnozlaşdırdı

Dünya Bankının rəhbəri David Malpass, 2021-ci ilədək daha 110-150 milyon insanın koronavirus pandemiyası ilə əlaqədar yoxsullaşacağını proqnozlaşdırıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“2021-ci ilədək daha 110-150 milyon insan yoxsullaşa bilər. Qiymətləndirmələrə görə, onların günlük xərci 1,9 dollar təşkil edəcək. Bu o deməkdir ki, pandemiya və qlobal tənəzzül dünya əhalisinin 1,4%-ni yoxsulluğa qərq edəcəyi deməkdir”, – deyə Malpass söyləyib.

Onun sözlərinə görə, hazırkı böhran daha çox inkişaf etmiş ölkələrin təsirləndiyi 2008-ci il tənəzzülündən xeyli fərqlidir. Bu dəfə iqtisadi çöküş daha geniş və dərindir. Qeyd edildiyi kimi, xüsusilə qadınlar və uşaqlar zərər görəcəklər.

Son xəbərlər
Digər xəbərlər