Dünya Bankı 2016-cı il üzrə qlobal artım proqnozunu 2,9 faizdən 2,4 faizə, 2017-ci il üzrə 3,1 faizdən 2,8 faizə və 2018-ci il üzrə 3,1 faizdən 3 faizə endirib.
“Bloomberg” xəbər verir ki, bank ABŞ-ın artım proqnozunu 0,8 faizə çəkib.
İnkişaf etmiş ölkələrə istiqamətli 2016-cı il üzrə artım proqnozunu 1,7 faizə endirən Dünya Bankı bu ölkələr qrupunun 2017 və 2018-ci illərdə 1,9 faiz böyüyəcəyini bildirir.
İnkişaf etmiş ölkələrin başında gələn ABŞ-ın artım proqnozlarının aşağı istiqamətli revizə edilməsi ən çox diqqət çəkən məqamlardan biri olub.
Dünya Bankı, Brexit riskiylə qarşı-qarşıya olan Avro Bölgəsi iqtisadiyyatının 2016-2017-ci il 1,6 faizə və 2018-ci il üzrə 1,5 faiz artmasını gözləyir. Hesabatda, bu nisbətlərin, hər birinin əvvəlki hesabatla müqayisə etdikdə 0,1 faiz daha aşağı olduğu ortaya çıxır.
Yüksələn bazar iqtisadiyyatları və inkişaf edən ölkələrin iqtisadiyyatının yavaşlamağa davam etməsi hesabatda bu ölkələrin artım proqnozlarının da enməsinə səbəb olub. İqtisadi artım gözləntiləri 2016-ci il üzrə 4,1 faizdən 3,5 faizə, 2017-ci il üzrə 4,7 faizdən 4,4 faizə, 2018-ci il üzrə 4,9 faizdən 4,7 faizə endirilib.
Bu qrupa daxil olan Braziliya, Argentina, Səudiyyə Ərəbistanı və İran artım proqnozları ən çox endirilən ölkələr arasında olub.
Hesabatda qeyd edilib ki, əmtəə ixracatçısı ölkələr aşağı neft qiymətləriylə mübarizə aparmaqda çətinlik çəkirlər. Bu ölkələrə istiqamətli böyümə proyeksiyaları 2016-cı il üzrə 1,6 faizdən 0,4 faizə, 2017-ci il üzrə 3,2 faizdən 2,4 faizə, 2018-ci il üzrə 3,3 faizdən 3 faizə endirilib.
Çinin artım proqnozu isə 2016-2017-ci il üzrə müvafiq olaraq 6,7 faiz və 6,5 faiz səviyyəsində təsdiq edilib.
Publika.az