13 C
Baku
Saturday, November 23, 2024

Dünya Bankı Qazaxıstanın regional lider kimi rolunun güclənəcəyini proqnozlaşdırır

“Dünya Bankı Qazaxıstanın regionda lider kimi mövqeyini daha da gücləndirəcəyini gözləyir”.

Bunu maliyyə təşkilatının Mərkəzi Asiya üzrə regional direktoru Tatyana Proskuryakova Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailovla görüşündə deyib.

Onun sözlərinə görə, Dünya Bankı ölkə daxilində yeni layihələrin hazırlanmasını intensivləşdirib və buna 2023-cü ilin avqustunda aparılan danışıqlar kömək edib.

“Bu, Nazirlər Kabinetinin ucqar yaşayış məntəqələrinin internetə qoşulması proqramına da aiddir. Mənə elə gəlir ki, bu, Mərkəzi Asiyanın bütün ölkələri üçün çox gözəl nümunə olacaq. Hesab edirəm ki, Qazaxıstanın regional lider kimi rolu güclənəcək”.

A. Smailov öz növbəsində Dünya Bankı ilə 30 ildən artıq əməkdaşlıq müddətində ölkədə ümumi dəyəri 8 milyard ABŞ dollarından çox olan 48 birgə layihənin uğurla həyata keçirildiyini, eyni zamanda altı aktiv layihənin də işlədiyini qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstan hökuməti Dünya Bankı ilə əməkdaşlığı daha da dərinləşdirməyə sadiqdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər