9 C
Baku
Sunday, November 17, 2024

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Dünya Bankı 2022-ci il üçün qlobal iqtisadi artım proqnozunu 3.2%-ə endirib.

Banker.az “Banki.ru”ya istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Devid Malpass məlumat verib. O, reytinqin aşağı salınmasının səbəblərindən də danışıb. Malpassın sözlərinə görə, buna ən çox geosiyasi vəziyyət təsir göstərib. Xüsusilə, söhbət Ukrayna hadisələrindən və ondan sonra tətbiq edilən sanksiyalardan gedir.

Bundan əlavə, proqnoza koronavirus pandemiyası, yanacağın və digər məhsulların qiymətlərinin artması, eləcə də faiz dərəcələrinin artırılması ehtimalının yüksək olması da təsir edib.

Belə ki, daha əvvəl Kanada Mərkəzi Bankı uçot dərəcəsini illik 0.5%-dən 1%-ə qaldırıb. Bir az əvvəl uçot dərəcəsi 0.25%-dən 0.5%-ə qaldırılmışdı ki, bu da 2020-ci ilin martından bəri ilk artım olub.

Son xəbərlər
Digər xəbərlər