7 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı qlobal iqtisadiyyat üçün 2023-cü ilə dair proqnozunu aşağı salıb

Dünya Bankı (DB) davamlı yüksək inflyasiya səbəbindən 2023-cü il üçün qlobal iqtisadi artım proqnozunu kəskin şəkildə aşağı salıb. DB-nin hesabatında qeyd olunur ki, cari ildə qlobal ÜDM 1.7% artacaq.

Hesabatda deyilir ki, qlobal iqtisadi artımın yavaşlaması onun resessiyaya yaxınlaşdığını göstərir. Adambaşına düşən illik qlobal gəlirin azalmasına yüksək inflyasiya, eləcə də bəzi ölkələrdə monetar sərtləşdirmə səbəb olub.

Dünya Bankının qeyd etdiyi kimi, iqtisadi inkişaf baxımından üç əsas dünya lideri – ABŞ, Avropa və Çin iqtisadi göstəricilərin kəskin azalması ilə üzləşib və bu, inkişaf etməkdə olan ölkələrin bazarında pisləşməyə səbəb olub.

Yuxarıda göstərilən amilləri nəzərə alaraq, Dünya Bankı qlobal iqtisadi artımın 2023-cü ildə 1.7%, 2024-cü ildə isə 2.7% azalacağını gözləyir. Bundan əlavə, bank inkişaf etmiş ölkələrin 95%-i və inkişaf etməkdə olan ölkələrin 70%-i üçün 2023-cü il üçün iqtisadi artım proqnozlarının azaldığını açıqlayıb.

Bu il ABŞ ÜDM-sii 0.5% artacaq. Eyni zamanda, Avrozona iqtisadiyyatının həcmi 2022-ci illə müqayisədə dəyişməyəcək. DB ekspertləri bildirirlər ki, Ukraynanın ÜDM-in artımı 2023-cü ildə 3.3% səviyyəsində bərpa olunacaq, bir şərtlə ki, hərbi eskalasiya daha da artmayacaq.

Son xəbərlər
Digər xəbərlər