12 C
Baku
Saturday, November 23, 2024

Dünya Bankı Rusiya və Belarusdakı proqramlarını dayandırır

Dünya Bankı (DB) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarusdakı bütün proqramlarını dərhal dayandırmaq qərarına gəlib. Bu barədə DB-nin çərşənbə günü yayılan yazılı bəyanatında deyilir.

“DB 2014-cü ildən bəri Rusiyaya bir dənə də olsun yeni kredit və ya sərmayənin ayrılmasını təsdiqləməyib. 2020-ci ilin ortalarından Belarus üçün yeni kredit təsdiq edilməyib. Rusiyanın Ukraynaya müdaxiləsindən və Ukrayna xalqına qarşı hərbi əməliyyatlardan sonra DB dərhal fəaliyyətini dayandırıb”, – mesajda bildirilir.

Fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Donbas respublikalarının rəhbərlərinin kömək müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, ölkənin demilitarizasiyası və deasifikasiyası daxildir.

Son xəbərlər
Digər xəbərlər