13 C
Baku
Thursday, April 18, 2024

Dünya Bankı: Sentyabrda Azərbaycanın ÜDM-i 3% artıb

Bu ilin sentyabr ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) ötən ilin sentyabr ayına nisbətən 3% artıb. 

Bu barədə Dünya Bankının açıqlamasında bildirilir. 

Qurum ölkədə 9 aylıq ÜDM-in isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% artdığını bəyan edib. 

“9 ay ərzində qeyri-neft-qaz sektoru 3,5%, neft-qaz sektoru isə 1,1% böyüyüb. Kənd təsərrüfatı sektorunda isə proqressiv inkişaf hiss olunub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu sektor 7,1% artıb. Həmçinin sentyabrda real əmək haqqının artması ilə istehlak sektoru 6,5% böyüyüb. Bu, özünü xüsusilə də dövlət sektorunda və əmək bazarında büruzə verib”, – deyə Dünya Bankı bəyan edib. 

©Report

Son xəbərlər
Digər xəbərlər