Dünya Bankının direktorlar şurası ilkin səhiyyə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq üçün Şri-Lankaya 150 milyon dollar dəyərində maliyyələşdirməni təsdiqləyib.
Yeni layihə Şri-Lankanın bütün ərazisində ilkin tibbi yardım şəbəkəsini genişləndirəcək, daha əhatəli xidmət paketi ilə mindən çox müəssisəyə xidmət göstərəcək.
Məlumatda bildirilir ki, rəsmi müraciət mexanizminin olmaması və potensial problemlər Şri-Lankada ilkin səhiyyə müəssisələrinin tam istifadə edilməməsinə və üçüncü dərəcəli tibb müəssisələrində sıxlıq yaranmasına səbəb olub.
Dünya Bankının dəstəklədiyi əvvəlki layihə artıq 550 ilkin tibbi yardım müəssisəsini zəruri avadanlıq, dərmanlar, tibb işçiləri və əsas laboratoriya imkanları ilə təkmilləşdirib.