12 C
Baku
Friday, March 29, 2024

Dünya Bankı: Təhsilin müddətinin uzun olması onun keyfiyyətinə təsir etmir

“Orta gəlirli ölkələrdə 4-cü sinif şagirdlərinin həll edə biləcəyi test keçirdik. Soruşduq ki, 28×19 neçə edər? Şagirdlərin əksəriyyəti buna düzgün cavab verə bilmədi”.

Banker.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”da Dünya Bankı (DB) Qrupunun Təhsil üzrə Qlobal Praktikasının meneceri Harri Patrinos deyib.

Onun sözlərinə görə, oxşar test Azərbaycanda da keçirilib: “Azərbaycandakı məktəblilərdən soruşduq ki, “Gəmidə 218 sərnişin var. 191 nəfər isə ekipaş üzvüdür. Gəmidə ümumilikdə neçə adam var?” Məktəblilərin böyük bir hissəsi buna cavab verə bilmədi”.

DB rəsmisinin sözlərinə görə, təhsil müddətinin uzun olması heç də onun keyfiyyətinə təsir etmir: “Apardığımız sorğular nəticəsində aydın olur ki, təhsil səviyyəsinə görə, Sinqapur liderdir. Amma burada orta təhsil müddəti o qədər də yüksək deyil. Bu bir daha onu göstərir ki, təhsilin müddəti heç də onun keyfiyyəti ilə düz mütənasib deyil. Ona görə də təhsil müddətini onun keyfiyyəti ilə uyğunlaşdırmaq lazımdır”.

H.Patrinos bir sıra ölkələrdə təhsilin səviyyəsinin aşağı olmasına səbəb kimi müəllimlərin dərsə gəlməməsini göstərib.

Son xəbərlər
Digər xəbərlər