7 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı: Ukraynadakı vəziyyətlə əlaqədar dünya iqtisadiyyatını qlobal tənəzzül gözləyir

Dünya Bankının (DB) prezidenti David Malpas hesab edir ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları qlobal ÜDM-ə mənfi təsir göstərəcək. O, qlobal iqtisadiyyatda tənəzzülü istisna etmir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

DB-nin rəhbəri ötən gün ABŞ-ın Ticarət Palatasının fondunda çıxış edib. Cənab Malpas bildirib ki, Ukraynadakı hadisələr “iki ölkə çərçivəsindən çıxacaq”. Xüsusən də taxıl tədarükündəki fasilələr taxıl ehtiyatı olmayan Livan üçün böyük zərbə olacaq.

Bundan əlavə, Rusiyanın Avropa İttifaqına (Aİ) enerji tədarükünü azaltması ittifaq dövlətlərində iqtisadiyyatın “əhəmiyyətli dərəcədə ləngiməsinə” gətirib çıxaracaq.

Son xəbərlər
Digər xəbərlər